Son günlər Azərbaycanın müxtəlif şəhərlərində dindarların silsilə həbsləri baş verib. Bu barədə sosial şəbəkələrdə yer alan məlumatda bildirilir. “Müsəlman Birliyi” Hərəkatının nümayəndəsi “Turan”a saxlanılanlar arasında bu təşkilatın da üzvlərinin olduğunu təsdiq edib.
Həbslərin səbəbi, saxlanılanların adları və saxlanıldıqları yer açıqlanmır.
Hüquq-mühafizə orqanları bu məlumatlarla bağlı şərh vermir.