image-rt-reklam
image-1backend

Dil çıxardı, əlində də kreslosu… – Postunu belə təhvil verdi

image-728x90

Castin Trüdo hakim Liberal Partiyasının yeni lideri və Kanadanın növbəti Baş naziri Mark Karni ilə görüş keçirib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, görüş dünən Ottavada İcmalar palatasında baş tutub.

Görüşdə ən yaddaqalan an isə Trüdonun İcmalar palatasından öz kreslosu ilə birgə çıxması olub. Bu zaman o, fotoqraflara təbəssüm edərək dil çıxarıb.

Bu anın görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub. Bəziləri Trüdonu vəzifəsini yumor hissi ilə tərk etdiyinə görə təbrik etdiyi halda, digərləri onun bu davranışını tənqid ediblər.

Qeyd edək ki, Trüdo 2015-ci ildən Kanada hökumətinə rəhbərlik edib. O, yanvarın 6-da postunu tərk edəcəyini açıqlamışdı.

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90