image-2000x150
image-1backend

Dezinformasiya yayan azyaşlı şagirdi hansı CƏZA gözləyir? – AÇIQLAMA

image-728x90

Xəbər verildiyi kimi sosial şəbəkələrdə Bakı şəhərindəki bəzi məktəblərə silahlı hücum planlaşdırıldığı ilə bağlı məlumatlar yayılmışdı. Rəsmi qurumların araşdırması ilə məlum olub ki, insanlarda həyəcan və ajiotaj yaradan məlumatları azyaşlı şagird yayıb. Belə ki, Nizami rayonu 229 saylı tam orta məktəbə aid fotoşəkli həmin məktəbin azyaşlı şagirdi çəkib və özü tərəfindən eyni adda yaradılan kanala yerləşdirib. Azyaşlı qanuna müvafiq qaydada istintaqa cəlb edilib.

Maraqlıdır, insanları təşvişə salan azyaşlını hansı cəza gözləyir? Ümumiyyətlə, Azərbaycan qanunvericiliyində azyaşlılar üçün hansı cəza növləri nəzərdə tutulub?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, qanunvericilikdə cinayət məsuliyyətinə cəlbetmə ilə bağlı yaş həddləri var:

“Qanunvericiliyimizdə cinayət məsuliyyətinə cəlbetmə 16 yaşdan başlayır. Eyni adlı məcəllədə 14-16 yaş arasındakı şəxslərin hansı cinayətlərə görə məsuliyyətə cəlb edilməsi də göstərilib.

Qaldı ki, yalan xəbər yayan sözügedən azyaşlıya, o, 14-16 yaş aralığında olmadığına görə, heç bir məsuliyyətə cəlb oluna bilməz. Hesab edirəm ki, həmin uşağa qarşı tərbiyəvi xarakterli tədbir görməklə kifayətlənəcəklər” – deyə Əsabəli Mustafayev bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90