image-rt-reklam
image-img-20230911-wa0058backend

DƏRƏLƏYƏZ MAHALI – QIZILGÜL (AYISƏSİ) KƏNDİ

image-728x90

Qızılgül (Ayısəsi) indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənddir. Rayon mərkəzindən 20 km şimal-şərqdə yerləşir. Mənbələrdə kəndin adı Aysəs, Aysayi, Aysası formalarında qeydə alınmışdır. Kəndin adı IX əsrdən xatırlanır. Kənddə eyni adda Ayısəsi qalası vardır və VII əsrdə tikilmişdir, adı yazılı mənbələrdə IX əsrdən çəkilir, sonra adı dəyişdirilib Arates qoyulmuşdur. Ayısəsi çayı da burada yerləşir, uzunluğu 12 km-dir və Arpa çayına tökülür.
Kənddə 1873-cü ildə 219 nəfər, 1886-cı ildə 313 nəfər, 1897-ci ildə 311 nəfər, 1904-cü ildə 412 nəfər, 1914-cü ildə 453 nəfər, 1916-cı ildə 336 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Burada 1922-ci ildə 254 nəfər, 1926-cı ildə 181 nəfər, 1931-ci ildə 288 nəfər yalnız azərbaycanlı yaşamışdır. Bir daha 1988-ci ildə kəndin sakinləri Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. Həmin vaxtdan da kənd işğal edilib. İndi ermənilər yaşayır.

Kənddə VII, X-XI əsrlərə aid alban kilsəsi, türklərin həyatı ilə bağlı digər tarixi abidələr indi də durur. Toponim vəhşi heyvan mənasında işlənən ayı sözü ilə türk dilində «bataqlıq», «iymiş», «qoxumuş», «nəm», «rütubətli» mənasında işlənən sas//sası sözü əsasında əmələ gəlmişdir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Gün gələcək ki, həsrətində olduğumuz Qərbi Azərbaycana- doğma kəndimizə qovuşacağıq.

image-img-20230911-wa0059

Azərbaycan Dövlət Pedaqoji Universitetinin
müəllimi Osman Əhmədzadə

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90