image-rt-reklam
image-1backend

Deputatlığa namizədlərin əksəriyyəti işsizdir

image-728x90

Deputatlığa namizədlərin əksəriyyəti işsizdir və əvvəllər heç bir siyasi fəaliyyətlə məşğul olmayıb.

Bu barədə Seçkilərin Monitorinqi Koalisiyasının (SMK) “Mənim səsim” parlament seçkiləri ilə bağlı aralıq hesabatında deyilir.

SMK-nın həmtəsisçisi Səadət Bənənyarlı qeyd edib ki, qadın namizədlərin əksəriyyəti Yeni Azərbaycan Partiyasındandır – 125 nəfərdən 30-u.

Koalisiyanın məlumatına görə, MSK-da 1052 namizəd qeydə alınıb.

Ümumilikdə, 1508 nəfər namizədliyini irəli sürmüş, onlardan 1462 nəfər təsdiqlənmiş, 1420 nəfər imza vərəqələri almış, 1197 nəfər isə onları təhvil vermişdir.

Məlumata görə, imzatoplama prosesində namizədlərə heç bir maneə qeydə alınmayıb. Namizədlərin qeydə alınmasından imtina əsasən sənəd çatışmazlıqları ilə bağlıdır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90