2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 59 saylı Quba seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Əlibala Məhərrəmzadə şəhid ailəsi ilə görüşüb.
Deputatlığa namizəd Əlibala Məhərrəmzadə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova ilə birlikdə Vətən Müharibəsi Qəhrəmanı, şəhid Şahin Allahyarovun ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.