image-rt-reklam
image-11backend

Deputatlığa namizəd Tənzilə Rüstəmxanlının Yeniqışlaq kəndində seçicilərlə görüşü keçirilib – FOTOLAR

image-728x90

Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində avqustun 11-də 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd VHP sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının seçicilərlə görüşləri davam edir.

Bu barədə İnterpress.az-a Tənzilə Rüstəmxanlının seçki qərargahından məlumat verilib.

Növbəti görüş Yeniqışlaq kəndində təşkil olunub. Görüşdə Tənzilə Rüstəmxanlının vəkili Vətən Muharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova, tədbirin aparıcısı – Neftçala Qayğı Mərkəzinin rəhbəri Jalə Sərdarzadə və millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlının köməkçisi, 20 yanvar qazisi, prezident təqaüdçüsü Fərman Hüseynov, kənd ziyalıları, şəhid ailələri və qazilər iştirak edib.

Tənzilə Rüstəmxanlı böyük coşqu və alqışlarla qarşılanıb. Əvvəlcə dövlət himni səsləndirilib, daha sonra çıxışlara yer verilib.

Tədbiri giriş sözü ilə açan aparıcı namizəd Tənzilə Rüstəmxanlının platforması haqqında geniş məlumat verib, “Neftçala üçün birlikdə!” şüarının əhəmiyyətindən danışıb və seçiciləri xalqın sevilən namizədinə – Tənzilə Rüstəmxanlıya səs verməyə çağırıb.

Sonra namizədin vəkilləri ictimaiyyətə təqdim olunub.
Onlar da öz növbəsində çıxışlarında Tənzilə xanımın 30 ildən çox olan ictimai fəaliyyətindən, beynəlxalq layihələrin iştirakçısı və təşkilatçısı olmasından söz açıb, həmçinin namizədin görəcəyi işlər və tədbirlər planları haqqında ətraflı danışıb, Yeniqışlaq kənd sakinlərini seçkilərdə aktiv iştirak edərək xanım namizəd Tənzilə Rüstəmxanlıya səs verməyə çağırıblar.

Daha sonra söz Tənzilə Rüstəmxanlıya verilib. Ö, öz platforması haqqında danışıb. Xanım namizəd seçiləcəyi təqdirdə həmişə olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin uğurla davam etdirilməsində, milli-mənəvi dəyərlərimizin qorunması, cəmiyyətin mənəvi kamilləşməsi, zərərli ideoloji təsirlərin qarşısının alınması işində var qüvvəsi ilə çalışacağını, Neftçala sakinlərinin problemlərinin qabardılması və həlli yollarında bütün səy və bacarığını əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə qadın iştirakçıların çoxluq təşkil etməsi diqqət çəkən məqamlardan olub. Tənzilə xanım onlara millət vəkili olarsa, xüsusi diqqət ayıracağını, problem və qayğılarını həll etməyə çalışacağını söz verib.

Sonra digər seçicilərin problemləri və təklifləri dinlənilib, məsələlərin həlli istiqamətində müvafiq qeydlər aparılıb.

Qeyd edək ki, Milli Məclisə keçiriləcək seçkilərin təbliğat – təşviqat kampaniyası çərçivəsində namizəd Tənzilə Rüstəmxanlının avqust ayı ərzində Neftçala sakinləri ilə görüşləri davam edəcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90