Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi müzakirəyə çıxarılıb.
Ulusal.az xəbər verir ki, qanun layihəsinə görə, Milli Məclis və onun aparatının gələn il üçün xərclər semtası 50 milyon 919 min 10 manat məbləğində təşkil edəcək.
Belə ki, Milli Məclis və onun aparatının əməyin ödənişi xərcləri 38 milyon 248 min 130 manat təşkil edəcək. Ştatda olan işçilərin əməkhaqqına 28 milyon 390 min 119 manat, ştatdankənar işçilərin əməkhaqqına isə 26 min 880 manat xərclənəcək.
Bundan başqa, Milli Məclisin ezamiyyət xərcləri 2 milyon 170 min manat təşkil edəcək.
Sənədə əsasən, parlamentin və onun aparatının ölkədaxili ezamiyyət xərclərinə 70 min manat, xarici ezamiyyət xərclərinə isə 2 milyon 100 min manat ayrılacaq.