İspaniya parlamentinin aşağı palatası hökuməti iş həftəsinin müddətini azaltmağa çağırıb.
Ulusal.az xəbər verir ki, bu barədə parlamentin press-relizində deyilir.
Qanun olmayan qətnaməni 169 deputat dəstəkləyib, 33 deputat əleyhinə çıxıb, 143 deputat isə bitərəf qalıb. Deputatlar Nazirlər Kabinetini 2024-cü ildə “normal iş həftəsinin maksimum müddəti” 38,5 saatdan başlayaraq iş vaxtını tədricən azaltmaq üçün əmək məcəlləsini dəyişdirəcək “təcili sosial dialoq prosesi”nə başlamağa çağırıb.
Qeyd edək ki, bundan əvvəl İspaniya koalisiya hökumətinin bir hissəsini təşkil edən partiyalar iş həftəsini 2024-cü ildə 38,5 saata, 2025-ci ildə isə 37,5 saata endirmək barədə razılığa gəliblər. İşçilərin maaşlarının eyni səviyyədə qalacağı güman edilir. Bundan əlavə, iş vaxtının daha da azaldılması üçün belə bir təşəbbüsün nəticələri təhlil ediləcək.






















