image-rt-reklam
image-1681722533_bina-sayt-ucun_1659010988backend

Deputatlar Qırğızıstana gedir

image-728x90

Qırğızıstanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçiriləcək.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev və işçi qrupunun üzvü Cavanşir Feyziyev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərə qatılmaq üçün aprelin 18-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinə səfər edəcəklər.

Deputatlarımız burada Tarix Muzeyində təşkil olunan fotosərgidə və Qırğızıstan parlamentində keçiriləcək elmi-praktik konfransda iştirak edəcəklər. Səfər aprelin 21-də başa çatacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90