Finlandiya Sosial Demokrat Partiyasının (SDP) 30 yaşlı deputatı Eemeli Peltonen bu gün səhər saat 11 radələrində Helsinki parlament binasında ölü vəziyyətdə tapılıb. Ulusal.az xəbər verir ki, Finlandiya polisinin verdiyi məlumata görə, hadisə ilə bağlı şübhəli hal aşkar edilməyib.
SDP parlament qrupunun sədri Tytti Tuppurainen bildirib ki, Eemeli Peltonen cəmiyyət tərəfindən çox sevilən şəxs idi və onun erkən itkisi böyük itki sayılır. “Gənc həyat çox erkən bitdi və biz onu çox darıxacağıq”, – deyə o vurğulayıb.
Baş nazir Petteri Orpo isə parlamentdəki rəsmi siyasi fəaliyyətləri günün qalan hissəsi üçün dayandırıb və Peltonenin xatirəsinə bir dəqiqəlik sükut təşkil edib. Peltonen həmkarları arasında çox populyar bir şəxs kimi tanınırdı.
Hadisə Finlandiyada böyük kədərlə qarşılanıb və xatirəsi ehtiramla yad edilir.