image-2000x150
image-1backend

Deputatdan ŞOK açıqlamalar: Suriyaya 5 nəfər getmişdik, 3 nəfər təsir altına düşdü – VİDEO

image-728x90

Milli Məclisin üzvü, deputat Ceyhun Məmmədov Musavat.com-a geniş müsahibə verib.

Əməkdaşımız Elşad Paşasoyun suallarını cavablandıran millət vəkili Ramazan ayından bəhs edib, bu ayın fəzilətlərindən danışıb, 16 yaşından etibarın oruc tutduğunu, ibadət etdiyini vurğulayıb. Ceyhun Məmmədov 90-cı illərin əvvəllərində dini təhsil almaq məqsədilə Suriyaya getdiyini, bu zaman ciddi çətinliklərlə üz-üzə qaldığını, təhsil ardınca yollandıqdan bir müddət sonra doğulduğu Cəbrayıl rayonunun işğal altına düşməsi xəbərindən sarsıldığını söyləyib, kövrək xatirələrini bölüşüb. Suriyaya təhsil ardınca birgə yollandıqları yoldaşlarından üç nəfərin ayrı-ayrı dairələrin təsiri altına düşdüyünü söyləyən deputat həmin hadisələr, həmçinin təhsilini başa vurub geri qayıtdıqdan sonra baş verənlərlə bağlı ilk dəfə sensasiyalı açıqlamalar verib.

Ceyhun Məmmədov ailə üzvlərinin onu dua yazmağı bacaran molla kimi görmək istədiklərini də səmimi şəkildə qeyd edib. Millət vəkili əməkdaşımızın xahişi ilə Qurani-Kərimi avazla səsləndirib, həmçinin Zəfər qazanmış Azərbaycanımız üçün Ramazan dualarını səsləndirib. Müsahibəni tam şəkildə izləyicilərimizə təqdim edirik:

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90