Rusiya Dövlət Dumasının deputatı Oleq Matveyçev rusiyalıları gələcək naminə tatuirovkalardan qurtulmağa çağırıb.
Ulusal.az xəbər verir ki, onun şərhini “Life.ru” sitat gətirib.
Millət vəkili döymələri “insanları eybəcərləşdirən iyrənc dəb” adlandırıb. Onun fikrincə, işəgötürənlər gələcək işçinin səviyyəsini döymələrinə görə qiymətləndirirlər.
“Belə adam heç vaxt top-menecer olmayacaq, dövlət qulluğunda ciddi vəzifə tutmayacaq. İnsanlar təkcə bədənlərini yox, gələcəklərini də məhv edirlər. Əgər tövbə edib hər şeyi dərk etmisənsə, get tatularını sildir”, – deputat bildirdi.
Başqa bir deputat Tatyana Butskaya bildirib ki, gənclər çox vaxt rəsmlərin mövzusu haqqında düşünmədən tatu edirlər. Onun sözlərinə görə, bəzən adama elə gəlir ki, tatuların sahibləri 15 il həbsdə yatıblar.
“Aydındır ki, bu, subkultura və dəbdir. Amma çox vaxt böyüklər geriyə baxıb öz fotolarını görərək belə fikirləşirlər: “Niyə belə etdim?”, – deyə rəsmi yekunlaşdırıb.Publika.az