image-rt-reklam
image-iqbal-memmedov-meclisdebackend

Deputat:”Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə töhfə verəcək”

image-728x90

“Zəngilan şəhərinin erməni işğalçılarından təmizlənməsindən üç il ötür. Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 20-də Zəngilan Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.
Dövlət başçısının bu tarixli Sərəncamı ilə yenidən qürur hissi yaşadıq. Sərəncamda da deyildiyi kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.”
Bunu “atributu fo.az”-a açıqlama verərkən Milli Məclisin deputatı İqbal Məmmədov bildirib. O, qeyd edib ki, Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, xeyli sayda şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın başqa rayonlarında müvəqqəti məskunlaşmışlar. Erməni vandalizmi nəticəsində Zəngilanın tarixi və dini memarlıq abidələri – məscidlər, türbələr, məqbərələr, qalalar, pirlər, sərdabələr, nekropollar, bürclər, qüllələr dağıdılmışdır… 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 50-yə yaxın kəndi işğaldan azad edildi:
“Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır… 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 7000-ə yaxın hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Birinci pilot layihə Zəngilanda icra edildi, Ağalı kəndində. 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Ötən ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı var. Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar. Həyata keçirilən logistik layihələr sırasında Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Ümumi uzunluğu 124 kilometr olan 6 zolaqlı Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizinin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır. Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunur. Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsi olan “Dost Aqropark” pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə töhfə verəcək.”
Deputat acıqlamasında Prezident İlham Əliyevin azad olunmuş Zəngilana səfərlərini xüsusi olaraq dilə gətirmişdir:
“23.12.2020-cü il tarixdə cənab Prezident ilk səfərində Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırmış, 14.02.2021-ci il tarixdə ikinci səfəri görüləcək işlərin planlaşdırılmasını və dəymiş zərərin ümumi dəyərləndirilməsinə həsr olunmuş, 26.04.2021-ci il tarixli üçüncü səfərində Zəngilan rayonunun sakinləri ilə görüşmüş, Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin, Zəngilanda Beynəlxalq Hava Limanının, Zəngilan-Horadiz avtomobil yolunun təməlqoyma mərasimində iştirak etmişdir. Dövlətimizin başçısı Zəngilana 20.10.2021-ci il tarixdə dördüncü səfərində Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşmüş, rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə, Zəngilan Beynəlxalq Hava Limanında tikinti işləriylə, Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olmuş, “Azərenerji” ASC-nin “Zəngilan” yarımstansiyasının açılışında, Zəngilan rayonunda Rəqəmsal Yarımstansiyanın təməlqoyma mərasimində iştirak etmişdir. Cənab Prezident 26.10.2021-ci il tarixə təsadüf edən beşinci səfərində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi), Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoymuş, Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olmuşdur… 2022-ci ildə Prezident İlham Əliyev Zəngilana iki dəfə səfər etmişdir – mayın 27-də və oktyabrın 19-da. Birinci dəfə dövlət başçısı Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, Zəngilan Beynəlxalq Hava Limanının, Zəngilan məscidinin tikinti işləri ilə, Zəngilan rayonunda intensiv meyvə bağı ilə tanış olmuş, “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak etmişdir. Ötən il ikinci səfərində cənab Prezident Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi ilə və sakinlərlə görüşmüş, Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olmuş, Arximed turbini tipli Su Elektrik Stansiyasının işə salınması mərasimidə, habelə, Zəngilan şəhərində ilk yaşayış binasının və məktəb binasının təməlqoyma mərasimlərində iştirak etmişdir… Dövlətimizin başçısı bu il ilk dəfə Zəngilana mayın 4-də səfər etmiş, inzibati binanın təməlini qoymuşdur. 28.09.2023-ci il tarixli ikinci səfərində cənab İlham Əliyev Alıbəyli və Zəngilan kəndlərinin, Zəngilan şəhərində 2-ci, 3-cü və 4-cü yaşayış komplekslərinin, 160 yerlik uşaq bağçasının təməlqoyma mərasimlərində, Zəngilan Konqres Mərkəzi Kompleksinin, “AzərEnerji” ASC-nin “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılış mərasimlərində iştirak etmiş, Heydər Əliyev Fondu tərəfindən inşa edilən Zəngilan şəhər məscidində görülən işlərlə tanış olmuşdur. Ən nəhayət, hələlik sonuncu olan 29.09.2023-cü Zəngilan səfərində Prezident İlham Əliyev 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak etmişdir.”- Deputat bildirmişdir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90