image-rt-reklam
image-1699690183_nesib66-1jpg-1699770829backend

Deputat: Qlobal Forumun əhəmiyyəti böyükdür

image-728x90

Dünya birliyi Azərbaycan həqiqətləri ilə bağlı informasiyanı ilkin mənbədən alır “Qlobal Forumun Bakıda keçirilməsinin əhəmiyyəti ilk növbədə, ondan ibarətdir ki, qlobal çağırışlara uyğun maraqlı məsələlər gündəliyə çıxarılır, müzakirələr aparılır. Dünya birliyi Azərbaycan həqiqətləri ilə bağlı informasiyanı ilkin mənbədən alır. Ölkəmizlə, xalqımızın adət-ənənəsi, mədəniyyətimizlə, paytaxtımızla yerində tanış olur. Dostlarımızın sayı artır”. Bu sözləri “Sherg.az”a millət vəkili Nəsib Məhəməliyev deyib. Deputat bildirib ki, artıq sistem halını almış Qlobal Bakı Forumu, bəşəriyyət qarşısında duran ən aktual problemlərin müzakirəyə çıxarıldığı, müxtəlif dövlətləri, xalqları təmsil edən strateji beyin mərkəzlərini, nüfuzlu siyasətçiləri özündə birləşdirən beynəlxalq platformadır: “XI Forumun işində 70-dən artıq dövlətdən 350 qonağın iştirakı onu göstərir ki, ölkəmizə maraq böyükdür və ildən ilə iştirakçıların sayı artmaqdadır. Müasir dünyada, Yaxın Şərqdən tutmuş Afrikaya, Asiyaya, Avropaya qədər bir çox bölgələrdə müharibələr baş alıb gedir. Saysız-hesabsız münaqişələr, məhz dialoqun olmaması üzündən və yaxud bəzi dairələrin imperialist, neokolonialist siyasət apardığına, başqalarının daxili işlərinə qarışdığına görə baş verir. XI Qlobal Bakı Forumunun mövzusu – “parçalanmış dünyanın bərpası” son dərəcə dəqiqliklə düşünülmüş və əhəmiyyətli mövzudur. Hazırda dünyanın bir çox yerində, o cümlədən bizim regionda parçalanmış, ərazi bütövlüyünü təmin edə bilməmiş ölkələr mövcuddur. Çox şükürlər olsun ki, Azərbaycan təkbaşına, öz ərazisini, suverenliyini, nəticə etibarilə beynəlxalq hüququ, ədaləti bərpa etdi. Ancaq əfsuslar ki, qlobal güclər bununla barışmaq istəmir. “Erməni məsələsi”nin beynəlxalq gündəlikdən çıxmasına imkan vermirlər. Əslində, Azərbaycanın əldə etdiyi uğurlar, müsbət presedent kimi beynəlxalq birlik tərəfindən təşviq olunmalı, dəstəklənməli idi. Lakin biz bunun əksini görürük. Fransanın timsalında müstəmləkəçi qüvvələr, regionda dayanıqlı sülhün yaranmasını əngəlləməyə çalışırlar”. Parlament üzvü qeyd edib ki, Prezident İlham Əliyev çıxışında “Qarabağ məsələsinin artıq bağlandığını, bizim sülh istədiyimizi diqqətə çatdırdı: “Hər kəs Azərbaycanın sülh istədiyini, Dövlət başçımızın dilindən eşitdi. Azərbaycan əleyhinə təbliğat aparanlara ən gözəl cavabdır. Düşünürəm ki, Qlobal Bakı Forumunun əhəmiyyəti, özünü gələcəkdə daha qabarıq şəkildə göstərəcək”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90