image-2000x150
image-nesib-11backend

Deputat: “Prezidentin Almaniyaya işgüzar səfəri kifayət qədər məhsuldar oldu”

image-728x90

“Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri kifayət qədər məhsuldar oldu”.

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

O bildirib ki, dövlət başçısının Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü Azərbaycana yeni investisiyaların cəlb olunmasına müsbət təsir edəcək: “Görüşdə Almaniya biznesi üçün Azərbaycanda geniş imkanlar açıldı. Həmçinin, əvvəllər Azərbaycanda fəaliyyət göstərən şirkətlərin imkanları daha da genişləndirildi. Bu da təbii ki, ikitərəfli münasibətlərə yönəlik çox ciddi addımdır. Hər bir dövlətin inkişafı üçün investisiya mühitinin yaxşı olması çox önəmlidir və istənilən ölkənin iqtisadi inkişafını təmin edən amillərdəndir. Almaniya öz tutduğu beynəlxalq mövqeyə görə dünya iqtisadiyyatında aparıcı rola malik olduğu üçün bu ölkədəki şirkətlərin Azərbaycanda təmsil olunması olduqca müsbət haldır. Bu həm də ölkədə yeni iş yerlərinin açılması, kadr potensialının hazırlanması baxımından çox əhəmiyyətlidir”.

N.Məhəməliyev Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Almaniya Kansleri Olaf Şoltsla görüşlərinin əhəmiyyətinə toxunaraq ölkələrimizin həm siyasi, həm də iqtisadi baxımdan yaxınlaşmasında mühüm rol oynayacağını deyib.

“Almaniya ilə Azərbaycanın hərtərəfli əməkdaşlığı hər iki tərəf üçün olduqca faydalıdır. Bildiyimiz kimi, Azərbaycan Avropanın enerji təchizatında olduqca əhəmiyyətli rol oynayır. Xüsusilə də, Rusiya-Ukrayna müharibəsi fonunda bu sahədə Azərbaycanın rolu daha da önə çəkilir. Bu, tək enerji təhlükəzsizliyində deyil, nəqliyyat-logistika sahəsində də özünü göstərir”, – deyə deputat qeyd edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90