Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyasının sədr müavini, deputat Elçin Mirzəbəyli partiya sıralarından xaric edilib.
Ulusal.az “Gününsəsi.info”-ya istinadla xəbər verir ki, bu barədə partiyanın Rəyasət Heyətində qərar qəbul edilib.
ƏHD sədri, millət vəkili Qüdrət Həsənquliyev məlumatı təsdiqləyib.
O, deyib: “Elçin Mirzəbəylinin müstəqil şəkildə siyasi analitika ilə məşğul olmaq istəyini nəzərə alaraq onu partiyadan xaric etdik”.