image-rt-reklam
image-img-20240124-wa0053backend

Deputat Nizami rayon sakinlərinin problemləri ilə maraqlanıb

image-728x90

Millət vəkili Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən, növbəti vətəndaş qəbulunu keçirib. Deputat qəbul zamanı vətəndaşlarımızla görüşərək, onların dilə gətirdiyi şikayətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.

Bildirmək istərdik ki, görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında aztəminatlı ailənin qarşılaşdığı məişət problemləri, ev tikmək üçün müvafiq icazələrin alınması ilə bağlı vətəndaşın yaşadığı çətinlik, işlə təmin olunma, ünvanlı sosial yardımın alınması və s. bu kimi məsələlər başlıca yer almışdır. Millət vəkilinin qərargahından verilən məlumata görə, seçicilərin qəbul ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.

image-img-20240124-wa0057 image-img-20240124-wa0056 image-img-20240124-wa0055 image-img-20240124-wa0054 image-img-20240124-wa0053 image-img-20240124-wa0051

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90