image-2000x150
image-1678692184_432406backend

Deputat nazirin təklifini bəyənmədi: Düzgün deyil

image-728x90

Elm və təhsil naziri Emin Əmrullayev idmançıların müsabiqədənkənar ali məktəblərə qəbul edilməsi ilə bağlı təklif irəli sürüb. Amma bildirim ki, Azərbaycan reallığında bunu etsəniz, neqativ halların qarşısını ala bilməyəcəksiniz.

Ulusal.az xəbər verir ki, bu barədə deputat Ceyhun Məmmədov “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib.

“Azərbaycan reallığında bunu etmək düzgün olmayacaq. Bildirim ki, hər il onlarla şəxs övladlarının ali məktəblərə qəbul olması ilə bağlı rektorlarla görüşməyimi istəyir. Amma mən bunu etməmişəm, etmərəm də. İndi sizin təklifinizlə həmin şəxslər üçün daha da şərait yaradılacaq”,- deyə deputat bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90