image-2000x150
image-mezunbackend

Deputat məzun oldu, diplomunu aldı-FOTOLAR -ÖZƏL

image-728x90
Milli Məclisin deputatı Jalə Əhmədova Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu olub.

Ulusal.az xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib. “Neçə ilin bəhrəsi olan fərqlənmə diplomumun DİA-nın rektoru, akademik Urxan Ələkbərov tərəfindən təqdim edilməsindən isə böyük şərəf duydum. Buna görə hörmətli akademikimizə xüsusi təşəkkürlərimi bildirirəm” deyə Jalə Əhmədova DİA-da unudulmaz tələbəlik illəri yaşadığını vurğulayıb:

“Burada təhsil aldığım ixtisasın sirlərini, dərinliklərini öyrənməklə yanaşı, çox gözəl tələbə yoldaşları, yeni dostlar və tanışlar da qazandım. Ən xoş xatirələrlə yaddaşımda qalacaq bu ali təhsil ocağının rektoru, alicənablığı və yüksək insani keyfiyyətləri ilə hər bir tələbənin sevgisini qazanan Urxan müəllimə və professor-müəllim heyətinə sonsuz minnətdaram. Çox şanslıyam ki, Dövlət İdarəçilik Akademiyasının məzunuyam”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90