image-2000x150
image-img-20230602-wa0027backend

Deputat Könül Nurullayeva vətəndaşların problemləri ilə maraqlanıb

image-728x90

24 saylı seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib. Deputat qəbul zamanı vətəndaşlarla görüşərək, onların çatdırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.

Könül Nurullayeva, həmçinin Nizami rayon sakinləri ilə səyyar görüşlərini də müntəzəm olaraq davam etdirir. Belə ki, millət vəkili K.Nurullayeva Rüstəm Rüstəmov küçəsi 70 və 72 ünvanlarında yaşayan seçicilərinə baş çəkərək, onların rastlaşdıqları gündəlik problemlər ilə yerindəcə tanış olub. Bildirmək istərdik ki, vətəndaşlarla görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında asfalt örtüyünün yenilənməsi, su sayğacının quraşdırılması, ağaclara aqro-texniki qulluğun göstərilməsi, məhəllələrin abadlaşdırılması, ailə-məişət problemindən əziyyət çəkən vətəndaşlara dəstəyin göstərilməsi, işlə təmin olunma və s. bu kimi müxtəlif yönümlü məsələlər başlıca yer almışdır. Millət vəkilinin qərargahından verilən məlumata görə, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.

image-img-20230602-wa0028 image-img-20230602-wa0029 image-img-20230602-wa0030 image-img-20230602-wa0026 image-img-20230602-wa0027 image-img-20230602-wa0025

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90