Ulusal.az-a Jalə Əhmədovanın Deputat Qərargahından bildirilib ki, təhsil ocağının direktoru Leyla Məcidovanın təşəbbüsü ilə baş tutan görüş “Gənclərin gələcək karyerası” mövzusunu əhatə edib.
Görüş zamanı millət vəkili Jalə Əhmədova dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin gənclər, idman və gənclərin hüquqları sahəsində həyata keçirilən islahatlar və dövlət layihələri barədə şagirdlərə ətraflı məlumat verib. Həmçinin millət vəkili, gənclərlə iş sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, iş mühitində gənclərin hüquq və vəzifələri haqqında məlumatlılığın artırılması haqqında danışıb. Bildirib ki, Azərbaycan gəncliyi Vətənimizin, dövlətimizin və dövlətçiliyimizin işıqlı sabahı, millətimizin davamçıları deməkdir. Bu gün yüksək intellektə, biliyə, əqidəyə, ədəb və əxlaqa malik olan gənclərin yetişməsində dövlətimizin apardığı gənclər siyasəti mühüm əhəmiyyət daşıyır. Bu siyasəti dəstəkləmək isə vətəndaş olaraq hər birimizin borcudur.
Səmimi ab-havada keçən görüş zamanı deputat Jalə Əhmədova şagirdləri maraqlandıran suallara aydınlıq gətirib, Vətənimizə layiqli övlad diləyi ilə onların hər birinə parlaq gələcək arzulayıb.
Sonda millət vəkili şagirdlərlə görüşün yüksək səviyyədə təşkil edildiyini xüsusi qeyd edərək, 191 saylı tam orta məktəbin rəhbərliyinə dərin minnətdarlığımı bildirib.