image-2000x150
image-k-0backend

Deputat İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin Dəyərləndirmə Komissiyasının üzvü seçilib-FOTOLAR

image-728x90
Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinin 34-cü komitə iclası, o cümlədən növbədənkənar Baş Assambleyasının sessiyası keçirilib. 

Ulusal.az xəbər verir ki, iclasda İcraiyyə Komitəsinin üzvü, Milli Məclisin deputatı Könül Nurullayeva da iştirak edib.

Bu barədə özünün facebook sosial şəbəkə hesabında məlumat verən millət vəkili deyib ki, iclasda bir çox önəmli məsələlər müzakirə edilib:

“Nəzərinizə çatdırmaq istərdim ki, İcraiyyə Komitəsinin toplantısında növbəti İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək arzusunda olan ölkələrin hazırlıq səviyyəsini müəyyən etmək üçün yaradılan Dəyərləndirmə Komissiyasının üzvü seçildim. Bir daha öz adımdan İHİF-in üzvü olan hər bir ölkəyə gələcək fəaliyyətlərində bol-bol uğurlar arzu edirəm. Gücümüz həmrəyliyimizdədir!”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90