image-2000x150
image-qazaxistan-1backend

Deputat İqbal Məmmədov Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək-FOTOLAR

image-728x90
Azərbaycan Respublikasının Milli Məclisinin deputatları İqbal Məmmədov və Rüfət Quliyev Qazaxıstana səfərə gediblər.Ulusal.az-ın xəbərinə görə, bu barədə məlumat verən millət vəkili İqbal Məmmədov deyib ki, səfərdə məqsəd martın 19-da Qazaxıstan parlamentinə keçiriləcək seçkiləri müşahidə etməkdir:

“Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasi (MDB PA) xətti ilə martın 16-dan bu ölkənin paytaxtı Astana şəhərində səfərdəyik”.

İqbal Məmmədov qeyd edib ki, martın 17-də Qazaxıstan respublikası parlamentinin Senatinda göruş olub. Görüşdə ikitərəli əlaqələr, onun gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90