image-2000x150
image-i-1backend

Deputat İqbal Məmmədov MDB PA-nın komissiya iclasında iştirak edib-FOTOLAR

image-728x90
Xəbər verdiyimiz kimi Milli Məclisin deputatı İqbal Məmmədov MDB Parlamentlərarası Assambleyasının Nəzarət-büdcə komissiyasının iclasında iştirak etmək üçün martın 9-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edib.

Ulusal.az-ın xəbərinə görə, iclasda quruma üzv dövlətlərin 2022-ci ilin maliyyə öhdəliklərinin yerinə yetirilməsi və 2023-cü ilin birinci rübündə MDB PA-nın büdcəsinə üzvlük haqlarının köçürülməsi, təşkilatın fəaliyyətinin təmin edilməsi üzrə gəlir və xərclərin smeta layihələri, MDB PA Şurasının “MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının fəaliyyətinin maliyyələşdirilməsi haqqında” qərar layihəsi və digər məsələlərə baxılacaq.

Sözügedən görüş barədə sosial şəbəkə hesabından məlumat verən miillət vəkili bildirib ki, Rusiya Federasiyasinin Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasına (MDB PA) üzv ölkələrin parlament nümayəndələri və müxtəlif vəzifəli şəxslərlə birlikdə MDB PA-nın gələcək büdcəsinin formalaşdırılması və icrası ilə elaqədar Büdcə-Nəzarət Komissiyasının iclasında iştirak edib:

“İclasda Assambleyanın fəaliyyətindəki maliyyə məsələləri ilə yanaşı bir sira qərar layihələri uzərində də iş aparmaqdayıq”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90