image-rt-reklam
image-55555backend

Deputat Hicran Hüseynova vətəndaş qəbulu keçirib-FOTOLAR

image-728x90
Yanvarın 19-da Milli Məclisin inzibati binasında Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova vətəndaş qəbulu keçirib, onların müraciətlərini dinləyib.

Ulusal.az-a Hicran Hüseynovanın Deputat Qərargahından bildirilib ki, komitə sədri vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb.

Səsləndirilən müraciətlər əsasən ailə, qadın və uşaq problemləri, səhiyyə, işlə təminat, əmək pensiyaları, sosial məsələlərlə bağlı olub.

Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90