image-2000x150
image-ejbackend

Deputat: “Əjdər Olun əfv olunmasını arzu edirəm”

image-728x90

“Əjdər Cəbiyev sevdiyimiz yazıçıdır, gözəl dostdur, yaxşı insan və xeyirxah oğlandır. Əlbəttə ki, Əjdər Olun əfv olunmasını arzu edirəm. Sadəcə arzu edə bilərəm, amma Əfv Komisiyasında olmadığıma görə bir söz söyləyə bilmərəm”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

“Çox istərdim ki, Heydər Əlyevin anadan olmasının 100 illiyi ilə bağlı əfv Sərəncamına onun da adı düşsün. Çünki hər şeydən öncə Əjdər Ol bizim dəyərli şairimizdir.

Hesab edirəm ki, onun yazıçılığını nəzərə ala bilərlər. Möhtərəm Prezident böyük ürək sahibidir. İnanıram ki, tezliklə Əjdər Ol da əfv olunaraq azadlığa çıxacaq”.

Xatırladaq ki, Əjdər Cəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinib.

O, məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ə.Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90