image-2000x150
image-ceyhun6backend

Deputat: “Birdən-birə Qarabağda yaşayan ermənilərlə əlaqəni kəsə, sərhədi tamamilə bağlaya bilmərik”

image-728x90

Quru sərhədlərin ermənilər üçün açıq olması narazılıq yaradıb. Bildirilir ki, ermənilərə istisna etmək lazım deyil, sonra daha da arxayınlaşırlar. Sərhədlər ya bütövlükdə açılmalı, ya da quru sərhədlərin bağlı olması barədə qərar digər dövlətlərlə yanaşı, Ermənistana da şamil edilməlidir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə Pravda.az-a açıqlamasında tövsiyə edib ki, populizm, reytinq yığmaq xatirinə, gündəmdə qalmaq üçün belə açıqlamalar, bəyanatlar verilməməlidir.

“Ümumiyyətlə, Laçında qurulan sərhəd-keçid məntəqəsi ilə digər keçid məntəqələri arasında paralelin aparılmasının əleyhinəyəm. Çox yanlış paraleldir, dövlətçilik baxımından da zərərlidir. Bunu etmək düzgün deyil. Tamamilə ayrı-ayrı məsələlərdir. Bu gün Laçında keçid məntəqəsi yaratmağımız zərurətdən irəli gələn addımdır. Biz birdən-birə Qarabağda yaşayan ermənilərlə əlaqəni kəsə, sərhədi tamamilə bağlaya bilmərik. Onsuz da beynəlxalq aləmdə Azərbaycana qarşı çox ciddi təzyiqlər var. Zaman-zaman Azərbaycan əleyhinə müəyyən ittihamlar irəli sürülür. Azərbaycan əsassız olaraq Qarabağda humanitar böhran yaratmaqda günahlandırılır. Buna görə belə məsələlərdə diqqətli olmalıyıq. Çünki ayrı-ayrı məsələlərdir, eyniləşdirmək kökündən yanlışdır. Bu cür populistlik də düzgün deyil. İnsanlarımızın bunu anlamaları üçün çox geniş təhlilə də ehtiyac yoxdur. Adi qaydada da insanlar bunu anlaya, görə bilərlər. Şəxsi mənafe ictimai mənafedən üstün tutulmamalıdır. Burada dövlətin maraqlarından, həyata keçirdiyi siyasətdən söhbət gedir. Dəfələrlə açıqlamalar verilib. Hər kəs bu məsələdə dövlətin yanında olmalıdır, belə paralellər aparmamalıdır. Məntiq göz önündədir. Görürük, anlayırıq ki, nə üçün bu addımlar atılır”, – deputat bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90