image-rt-reklam
image-1backend

Deputat: “Azərbaycan xalqı öz liderinə növbəti dəfə etimad göstərdi”

image-728x90

“Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri demokratik mühitdə və indiyə kimi müşahidə olunmayan bir seçici fəallığı şəraitində keçdi. Seçki prosesi qanunvericiliyimizə, eyni zamanda beynəlxalq standartlara uyğun şəkildə təşkil olunmuşdu. Heç bir ciddi qanun pozuntusu baş vermədi. 90 minə yaxın yerli və beynəlxalq müşahidəçi seçki prosesini müşahidə etdi. Bütün bunlar birmənalı şəkildə seçkilərin ən yüksək səviyyədə keçirildiyinin sübutudur. Çoxsaylı beynəlxalq təşkilat rəhbərlərinin, dövlət başçılarının, hökumət rəsmilərinin cənab Prezidentə ünvanladığı təbriklər də bunu deməyə əsas verir”.

Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

“Azərbaycan xalqı qarşıdakı 7 il üçün artıq sınanmış bir liderə səs verdi, Prezident İlham Əliyevə növbəti dəfə dəstək oldu. Bu onun göstəricisidir ki, xalq Prezidentin son 20 ildə həyata keçirdiyi islahatları, onun siyasəti nəticəsində əldə etdiyi uğurları yüksə qiymətləndirir. İlham Əliyev işğal altında olan torpaqlarımızın 44 gün ərzində geri qaytarılmasını, Qarabağın işğaldan azad edilməsini, Xankəndidə, Əsgərənda, Xocalıda bayrağımızın ucaldılması ilə separatimizin kökünün birdəfəlik kəsilməsini təmin etdi. O, həm də elə bir mürəkkəb münaqişənin gələcək nəsillərə saxlanılmasına yol vermədi. Xalqımız da bunu yüksək qiymətləndirdi”, – deyə deputat qeyd edib.

N.Məhəməliyev deyib ki, qarşıdakı 7 ildə ölkəmizdə mərhələli şəkildə növbəti islahatlar aparılacaq: “Bundan sonra Azərbaycanın beynəlxalq arenada nüfuzu daha da artacaq. Xalqın Prezident İlham Əliyevə verdiyi dəstək xarici siyasətdə öz sözünü deyəcək. Ölkəmizə qarşı hər hansı bədxah niyyətlərlə çıxış edən dövlətlər, beynəlxalq təşkilatlar artıq düşünməli olacaq. Azərbaycana birbaşa kobud müdaxilənin təsiri olmayacaq. İndi hər kəs bunun fərqindədir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin İlham Əliyevə zəngini və təbrikini xüsusilə qeyd etmək istərdim. Son yaşanan neqativ hadisələrin fonunda hesab edirəm ki, Şarl Mişelin və ATƏT-in Baş katibi Helqa Maria Şmidin təbriki önəmli rol oynayır. Bütün bunlar onu deməyə əsas verir ki, dünya Azərbaycan reallıqlarını qəbul edir. Artıq Azərbaycanı sevməyənlər də bizə hörmətlə yanaşır”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90