image-2000x150
image-media-arzuman-muradl__-oa2f9jeq0zsuk4138b5x-1backend

Deputat Azər Badamov gərək bunu öz adına çıxmayaydı – Arzuman Muradlı

image-728x90

Qeyd edək ki, artıq bir neçə aydır Milli İnkişaf İctimai Birliyi işğaldan azad edilən Zəngilan,Qubadlı, Füzuli və Cəbrayıl rayonlarının inzibati ərazilərində Heydərabad şəhərinin salınması ilə bağlı təklif irəli sürüb.
Təklifin əsas müəlliflərindən, Milli İnkişaf İctimai  Birliyinin  sədri Arzuman Muradlı müxbirimizə biıdirib ki, onlar təkcə təkliflə deyil, bütövlükdə şəhərin salınması istiqamətində bütün lahiyə planlamasını, maliyyə hesablamasını ,eyni zamanda Heydərabad şəhərinin ümumi planına qədər həm Prezident Administrasiyasına, eyni zamanda Milli Məclis Aparatına təqdim ediblər: “İlkin olaraq bizim ideya və təklifimizi dilə gətirdiyinə görə deputat Azər Badamova təşəkkür edirəm. Bir məsələni də deyim ki,Milli Məclisin əksər millət vəkilinin bu lahiyədən xəbəri var. Amma gərək bu təklifin əsas müəlliflərinin haqqını yemədən bu təklifin bizim tərəfimizdən səsləndirdiyini qeyd etməliydi.  Etməyibsə bu artıq onun düşüncəsi, onun günahıdır. Başqa bir məsələ Azətbaycan cəmiyyəti lahiyənin müəllifi və ideyasının bizim olduğumuzu aylardır mətbuatdan bilir. Azərbaycan parlamentinin 15 ildi deputatı olan Azər Badamovun belə bir lahiyənin olduğundan xəbərsiz olması mümkün deyil. Layihənin müəllifi biz olduğumuzu  bildiyi halda, durub bunu öz adına çıxması həqiqətən də siyasətçiyə yaraşan bir hərəkət olaraq görmürəm “.

Arzuman Muradlı bildirib ki, həqiqətən də Heydərabad şəhərinin salınmasına böyük ehtiyac var.

“Əgər belə bir şəhər salınarsa Cənubi Qafqazda yeni elm şəhəri,mədəniyyət mərkəzi,və s sahələri özündə birləşdirən böyük bir   şəhər inşa edilmiş olacaq.
Bu şəhər həm iqtisadi baxımdan da mühüm mərkəzə çevriləcək”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90