image-rt-reklam
image-1backend

Dəhşətli ailə faciəsi: 3 qardaşın meyiti tapıldı – FOTOLAR

image-728x90

Türkiyənin Qaziantep şəhərində sobadan sızan dəm qazından zəhərlənən 18 yaşlı Arif, 17 yaşlı Yusuf və 16 yaşlı Mehmet Fatih Günəş qardaşları anaları tərəfindən hərəkətsiz vəziyyətdə tapılıb.

Ulusal.az xəbər verir ki, hadisə rayonun Çaybaşı rayonunda baş verib.

Əkinçiliklə çörək qazanan cütlük – Muhterem və Hüseyn Günəş səhərlər kömür yandırdıqları soba olan otaqda yatan oğullarını oyatmaq istəyiblər. Uşaqlar yuxudan ayılmayanda valideynlər vəziyyəti təcili yardım mərkəzinə bildiriblər.

Xəstəxanaya aparılan qardaşlar həkimlərin bütün müdaxilələrinə baxmayaraq dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90