image-rt-reklam
image-1backend

De Byazi AFFA rəhbərliyinə də hörmətsizlik etdi

image-728x90

Bir qədər əvvəl AFFA-nın İcraiyyə Komitəsinin (İK) fövqəladə iclası başlayıb.

İK üzvlərindən Fərid Mansurov, Elxan Məmmədov, Mahir Məmmədov və Elmar Məmmədyarov toplantıda iştirak etmir.

İclasın gündəliyinə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin hesabatı və müqavilə müddətinin artırılıb-artırılmama məsələsi daxildir.
İtaliyalı iclası erkən tərk edib.

67 yaşlı mütəxəssis toplantı zalında cəmi 10 dəqiqə qalıb. O, Avro-2024-ün seçmə mərhələsinin yekunları barədə qısa məlumat verəndən sonra sorğu-sualdan yayınıb.

Brüsseldəki mətbuat konfransında jurnalistlərlə yaşadığı qalmaqala görə tənqidləri eşitmək istəməyib. Bu barədə söz düşərkən, tədbir iştirakçılarına əsəbi reaksiya verib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90