Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə nazirliyin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.
Nazirliyin mətbuat xidmətindən Ulusal.az-a bildirilib ki, ziyarətçilər Ümummilli Liderin məzarı önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiram anıblar.