image-rt-reklam
image-1backend

David Stepanyan: “Ermənistan üçün KTMT-dən çıxmaq sadəcə zaman məsələsidir”

image-728x90

Ermənistan üçün KTMT-dən çıxmaq sadəcə zaman məsələsidir, çünki əslində Ermənistan artıq KTMT-də deyil.

Bu barədə yerli siyasi şərhçi David Stepanyan noyabrın 9-10-da Brüsseldə keçirilən “Ermənistanın strateji gələcəyi” konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, onsuz da Ermənistanın KTMT-də daimi nümayəndəsi yoxdur və deyəsən təşkilatın da İrəvanda hər hansı ofisi mövсud deyil.

“Mən KTMT-nin əvvəldən ölü struktur olması ilə bağlı çoxdankı tezisimi bir daha təkrar etməliyəm. Sevincimdən görürəm ki, bizim hakimiyyət KTMT-dən çıxmaq üçün sanki siyasi xətt götürüb və ümid edirəm ki, bu təşkilata üzvlüyümüz tezliklə həmişəlik bitəcək”, – deyə erməni politoloq bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90