image-2000x150
image-1backend

DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV QAZAXYOLÇULAR KƏNDİNDƏ SƏYYAR QƏBUL KEÇİRİB

image-728x90
Mayın 3-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Qazaxyolçular kəndində keçirilən səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə və sakinlər iştirak ediblər.
İcra başçısı Əhəd Abıyev səyyar qəbulda deyib: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasəti Azərbaycanın genişmiqyaslı inkişafına sarsılmaz zəmin yaratmışdır. Prezident cənab İlham Əliyev ölkəmizin suverenliyi və bütövlüyü ilə bağlı sərt, barışmaz mövqeyini bütün dünyaya əyani sübut edib. Aprelin 29-da Prezidentimiz cənab İlham Əliyevin Türkiyəyə işgüzar səfəri və çıxışları bir çox vacib məqamlarla yadda qalıb, dünyanın aparıcı siyasi dairələri tərəfindən yaxından izlənilib. Çıxışında xüsusilə iki il əvvəl Şuşa Bəyannaməsinin imzalanmasında Türkiyə ilə Azərbaycanın rəsmi müttəfiq olduğunu vurğulayan Prezidentimiz cənab İlham Əliyev tarixi bəyannamənin Şuşada imzalanmasının xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Dövlət başçımız onu da qeyd edib ki, gündən-günə Türkiyənin dünyada əhəmiyyəti, rolu artır: “Türkiyənin güclü sənayesi həm Türkiyəni gücləndirir, həm də Türkiyənin müttəfiqlərini gücləndirir”.
Əhəd Abıyev çıxışında həmçinin turizm imkanları böyük olan Qazaxyolçular kəndinin ərazisində son illər aparılan abadlıq-quruculuq işlərindən, kəndin qazlaşdırılmasından, yeni asfalt yolunun çəkilməsindən, 35/6 kV-luq “Zağalı” elektrik yarımstansiyasının istismara verilməsindən sonra kəndin dayanıqlı elektrik enerjisilə bağlı probleminin tamamilə aradan qaldırılmasından və qarşıda duran vəzifələrdən danışıb.
Sonra icra başçısı Əhəd Abıyev sakinlərin müraciətlərini dinləyib, qaldırılan məsələlərin həlli üçün aidiyyəti üzrə tapşırıqlarını verib. Yerli icra strukturlarının fəaliyyət dairəsinə aid olan müraciətlər həll edilib. Digər müraciətlər isə müvafiq nazirliklərə göndərilməsi üçün qeydiyyata alınıb.
Qəbulda iştirak edən Qazaxyolçular kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini
image-1 image-2 image-3 image-4 image-5 image-6
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90