image-2000x150
image-1backend

DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV NÖVBƏTİ SƏYYAR QƏBULUNU BAYAN KƏNDİNDƏ KEÇİRİB

image-728x90
Aprelin 26-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Bayan kəndində keçirilən növbəti səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Qəbulda icra başçısı Əhəd Abıyev deyib: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ilin ilk ayları qalib ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında bir sıra dinamik maraqlı hadisələrlə yadda qalıb. Əldə olunan bütün uğurlar dövlət başçısının düşünülmüş, məqsədyönlü şəkildə ardıcıl həyata keçirdiyi daxili və xarici siyasət kursunun nəticəsidir. Bu gün Azərbaycan Avropa İttifaqına üzv olan dövlətlərin 3-də 1-i ilə strateji tərəfdaşdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var. İndi müasir, qalib ölkəmizin beynəlxalq aləmdə tanıdılması və milli maraqlara xidmət edən çoxsaylı sülhməramlı tədbirlərin həyata keçirilməsi ərazilərimizin suverenliyinin qorunması və xalqımızın rifahının təmin edilməsi məqsədi daşıyır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yerlərdə vətəndaşların müraciətlərinə diqqətlə yanaşılması, problemlərinin vaxtında həll edilməsi ilə bağlı tapşırıq və tövsiyələri Daşkəsən rayonunda da hər zaman birmənalı şəkildə olduğu kimi yerinə yetirilir. Rayonun şəhər, qəsəbə və kəndlərində sakinlərlə keçirilən çoxsaylı görüşlər zamanı səsləndirilən müraciətlərə operativ baxılması, qaldırılan məsələlərin həllinə dair yerində tapşırıqların verilməsi vətəndaş məmnunluğuna xidmət göstərir. Çünki Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas məqsədi vətəndaş amili və milli mənafelərin təminatıdır”.
Əhəd Abıyev çıxışında bildirib ki, ötən dövrlərdə 2 min nəfərdən çox əhalinin yaşadığı Bayan kəndinin işıq, qaz, su, yol təchizatının yaxşılaşdırılması, əhalinin məşğulluğunun artırılması ilə bağlı mütəmadi tədbirlər həyata keçirilib. Kəndin qazlaşdırılması işləri tam başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. Ərazidə yeni müasir tipli elektrik transformatorları quraşdırılıb və kənddə elektrik enerjisi ilə bağlı problemlər tamamilə aradan qaldırılıb. Bayan kənd ümumi orta məktəbinin binası yenidən tikilib. Əhalinin məşğulluğunun artırılması istiqamətində tədbirlər davam etdirilib.
Sonra icra başçısı Əhəd Abıyev vətəndaşların müxtəlif məzmunlu müraciətlərini dinləyib. Müraciətlər kənd tam orta məktəbinin əsaslı təmir edilməsi, yeni içməli su xəttinin çəkilməsi, işlə təmin olunma və digər mövzularda olub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev müraciətlərdə qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti üzrə tapşırıqlarını verib. Yerli icra strukturlarının səlahiyyət dairəsinə aid olan məsələlər yerində həll edib. Qaldırılan digər məsələlər isə qeydiyyata aldıraraq icrası ilə bağlı müvafiq nazirliklər tərəfindən tədbirlərin görüləcəyini diqqətə çatdırılıb.
Səyyar qəbulda iştirak edən Bayan kənd sakinləri müraciətlərinə baxılmasına, qaldırdıqları məsələlərin araşdırılmasına, onları narahat edən problemlərin həllinə görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini
image-1 image-2 image-3 image-4 image-5 image-6
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90