image-2000x150
image-1backend

DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ÇANAQÇI KƏNDİNDƏ VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİB

image-728x90
Aprelin 19-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Çanaqçı kəndində keçirilən vətəndaşların növbəti səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Daşkəsən RİH-nin başçısı Əhəd Abıyev əvvəlcə sakinləri qarşıdan gələn Ramazan bayramı münasibətilə ürəkdən təbrik edib.
İcra başçısı Əhəd Abıyev çıxış edərək deyib: “Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi və hərbi-müdafiə qüdrəti, həyata keçirilən məqsədyönlü islahatlar, genişmiqyaslı tədbirlər Azərbaycanı qalib ölkəyə çevirmişdir. Bu gün Azərbaycan qalib dövlət kimi bütün dünyada tanınır və birmənalı olaraq əminik ki, Prezident cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan bundan sonra da böyük zəfərlərə, nailiyyətlərə imza atacaqdır. Bu gün Qarabağ azaddır. Bölgə yenidən qurulur, ilk addımlar atılır. Böyük qayıdışa real zəmin yaranıb. Qərbi Azərbaycana da dönüşümüz möhtəşəm olacaq. Zəngəzur mahalı bizim tarixi dədə-baba torpağımızdır”.
Əhəd Abıyev ötən dövrlərdə Çanaqçı inzibati ərazi vahidliyində xeyli abadlıq-quruculuq işlərinin aparıldığını qeyd edərək Çanaqçı kənd tam orta məktəb binasının modul tipli olmaqla yenidən inşa olunduğunu diqqətə çatdırıb. Həmçinin bildirib ki, 2022-ci ilin iyun ayının 10-da Daşkəsən rayonunda, habelə Çanaqçı kəndi ərazisində sel sularının səbəb olduğu güclü dağıdıcı təbii fəlakətin nəticələri aidiyyəti qurumlarla birgə aradan qaldırılaraq Qaraqullar-Çanaqçı, Çanaqçı-Zivlan qrunt avtomobil yolları təmir edilmiş, güclü dolunun ziyan vurduğu fərdi yaşayış evlərinin dam örtükləri yenisi ilə əvəzlənmiş, sel sularının tamamilə dağıdaraq apardığı kəndlə rayon mərkəzi arasında əlaqə yaradan yeganə avtomobil körpüsünün yerində yenisi inşa olunmuş, elektrik təsərrüfatı təzədən qurulmuşdur.
Sonra sakinlərin müraciətləri dinlənilib. Müraciətlər işlə təmin olunma, kəndə təbii qaz xəttinin çəkilməsi, internetin keyfiyyətinin yaxşılaşdırılması, əlillik təyinatı və digər məsələlər barəsində olub. Aidiyyəti yerli qurumların rəhbərlərinə tövsiyə və tapşırıqlarını verən icra başçısı Əhəd Abıyev qaldırılan müraciətlərin bir qismini yerində həll edib. Yerli icra strukturlarının səlahiyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq nazirliklərə çatdırılması üçün qeydiyyata götürülüb.
Qəbulda çıxış edən Çanaqçı kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini
image-1 image-2 image-3 image-4 image-5 image-6
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90