image-2000x150
image-5backend

Daşkəsəndə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti kütləvi ağacəkmə aksiyası keçirilib

image-728x90
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi haqqında” 25 dekabr 2023-cü il tarixli Sərəncamının Tədbirlər Planına uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda keçirilən silsilə yaşıllaşdırma tədbirləri çərçivəsində aprelin 6-da Daşkəsən rayonunun girişində yerləşən Bayraq meydanı ərazisində 250 ədəd şam ağacı əkilib.
Ağacəkmə aksiyasında Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayonun idarə, müəssisə, xidmət təşkilatlarının kollektivləri, könüllülər və ictimaiyyət nümayəndələri ruh yüksəkliyi ilə iştirak ediblər.
Vüqar Məmmədov bildirib ki, rayonda ekoloji davamlılığı, yaşıllıq zonalarının bərpasını və genişləndirilməsini təşviq edən aksiyanın məqsədi ictimaiyyətin diqqətini bu sahəyə cəlb etməklə ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.
Aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, yeni əkilən tinglər suvarılıb və ərazidəki digər ağaclara aqrotexniki qaydada qulluq göstərilib.
image-1 image-2 image-3 image-4 image-5 image-6
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90