image-rt-reklam
image-1backend

Daşkəsəndə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Ekoloji düşüncə ailədən başlayır” adlı tədbir keçirilib

image-728x90
Mayın 14-də Daşkəsən Rayon İcra Hakimiyyəti və Daşkəsən rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən 15 May – Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ekoloji düşüncə ailədən başlayır” adlı tədbirdə rayon ziyalıları, nümunəvi ailələr, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov giriş nitqində bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulan, hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla həyata keçirilən dövlət ailə siyasəti tarixi keçmişimizə, milli-mənəvi dəyərlərimizə əsaslanır. Bu siyasət hər bir ailənin yaşayış səviyyəsinin yüksəldilməsinə, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirərək demişdir: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır”. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva da milli-mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı göstərir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxsaylı sosialyönümlü proqram və layihələr ailələr və uşaqlar üçün böyük dayaqdır.
Vüqar Məmmədov vurğulayıb ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə olduğu kimi Daşkəsən rayonunda da dövlət ailə siyasəti uğurla həyata keçirilir. Rayonda yaşayan xüsusi qayğıya ehtiyacı olan ailələrə mütəmadi olaraq baş çəkilir, sosial müdafiəsi gücləndirilir, onlara əlamətdar və bayram günlərində ərzaq yardımları təqdim olunur, müavinətlər verilir. Şəhid ailələri və hərbi xidmət zamanı sağlamlığını itirmiş vətəndaşların ailələri mənzillərlə təmin edilir. Dövlət ailə siyasətinin həyata keçirilməsi və dəstəklənməsi məqsədilə rayonun yaşayış məntəqələrində cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği istiqamətində mütəmadi olaraq maarifləndirici konfranslar, seminarlar, təlim və görüşlər keçirilir. Həmçinin ailələrin, xüsusilə qadınların məşğulluqlarının artırılması aidiyyəti qurumlarla birgə diqqət mərkəzində saxlanılır.
Vüqar Məmmədov çıxışında həmçinin “Yaşıl dünya naminə həmrəlik ili” çərçivəsində Daşkəsən rayonunda həyata keçirilən tədbirlərdən, ekoloji düşüncə və ekoloji mədəniyyətin yaranmasında ailənin rolundan söhbət açıb. Diqqətə çatdırıb ki, hər bir vətəndaş ekoloji biliklərə malik olmalıdır. Ekoloji tərbiyənin kökü ailədən başlayır, təhsil müəssisələrdə davam etdirilir və genişləndirilir. Valideynlər və müəllilmər uşaqlarda ekoloji tərbiyəni inkişaf etdirmək üçün Azərbaycan təbiətini gözəl bilməli, onun vurğunu olmalı, ətraf mühiti çirkləndirən amilləri hər zaman uşaqlara başa salmalı, onu qorumaq sahəsində vəzifələri aşılamalıdırlar. Bizim gələcəyimiz olan uşaqlar sabahkı cəmiyyətin qurucularıdır. Deməli, onların sağlamlığının əsasını həm də ətraf mühitin mühafizəsi işinin yüksək səviyyədə olması təşkil edir.
Çay süfrəsi arxasında davam edən tədbirdə nümunəvi uzunömürlü və gənc ailələrin üzvlərinin çıxışları dinlənilib. Çıxış edənlər ailələrə göstərilən hərtərəfli dövlət qayğısına görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90