image-rt-reklam
image-fb_img_1714736959196backend

Daşkəsəndə  vətəndaşların fərdi qəbulu keçirilib – FOTOLAR

image-728x90

Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi qaydada qəbulu keçirilib. Qəbulda 14 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.

Qəbula gələn vətəndaşlar əsasən məşğulluq, mənzillə təmin olunmasına kömək, qoca və tənha olduğu üçün sosial işçinin ayrılmasına dəstək göstərilməsi, internet xidmətinin aşağı olması barədə, sahibsiz itlərin ərazidən uzaqlaşdırılması, maddi yardım edilməsi və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbərliyi tərəfindən dinlənilib, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90