image-rt-reklam
image-1backend

Daşkəsəndə növbəti səyyar qəbul keçirilib

image-728x90

Noyabrın 15-də rayonun Yolqullar kəndində keçirilən vətəndaşların növbəti səyyar qəbulunda Rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, YAP Daşkəsən rayon təşkilatının sədri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov görüş iştirakçılarını salamlayaraq bildirdi ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq sizlərlə görüşə gəlmişik. Görüşlərdə əsas məqsəd vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların həllini təmin etməkdir.

Daha sonra o, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
Sonra sakinlərin müraciətləri dinlənilib. Müraciətlər əsasən kəndə internetin və qaz xəttinin çəkilməsi, yolların cari təmiri, mənzilin sənədləşdirilməsinə kömək edilməsi, tibb məntəqəsinin əsaslı təmiri və digər məsələlər barəsində olub.

Vüqar Məmmədov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara tapşırıqlarını verib. Müraciətlərin bəziləri yerində həll edilib, qanunamüvafiq izahatlar verilib və bir qisminin həlli məqsədi ilə mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılması üçün qeydiyyata götürülüb.
Qəbulda iştirak edən kənd sakinləri vətəndaşların problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

image-1 image-2 image-3 image-4 image-5 image-6 image-7

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90