image-2000x150
image-esas-fotobackend

Daşkəsəndə akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş səyyar göz müayinəsi aksiyası keçirilib – FOTO

image-728x90

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkəsən rayonunda ilk dəfə səyyar göz müayinəsi aksiyası təşkil edilib.

Tibbi müayinə aksiyası əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə oftalmologiya sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermiş görkəmli alim Zərifə Əliyevanın anadan olmasının 100 illiyi çərçivəsində keçirilib. Aksiyanın ilk günü Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, həmçinin qazilər müayinəyə cəlb ediliblər. Aksiyada, ümumilikdə 300 nəfərə yaxın Daşkəsən sakini iştirak edib.

Vətəndaşlar geniş imkanlara malik müasir diaqnostik avadanlıqlarla təchiz edilmiş səyyar klinikada Milli Oftalmologiya Mərkəzinin həkimlərinin ümumi göz müayinəsi, görmə diaqnostikası, gözdaxili təzyiqin ölçülməsi, gözün optik gücünün təyin edilməsi və digər müxtəlif tibbi xidmətlərdən yararlanıblar. Müayinələr əsnasında presbiopiya, miopik astiqmatizm, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar olunaraq, müvafiq müalicə kursları təyin edilib.

Qeyd edək ki, səyyar tibbi müayinə aksiyaları yerli icmaların, xüsusilə ucqar kənd sakinlərinin səhiyyə sahəsində xidmətlərə əlçatanlığının artırılması, profilaktik müayinə mədəniyyətinin təbliği məqsədilə “AzerGold” QSC tərəfindən tərəfdaş qurumlarla birgə mütəmadi olaraq təşkil edilir.

Xatırladaq ki, “AzerGold” QSC, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Bakı Sağlamlıq Mərkəzi ilə birgə 2021-ci ildən etibarən həyata keçirilən müayinə aksiyaları zamanı ümumilikdə 1000 nəfərdən artıq Daşkəsən sakini cərrahiyə, pediatriya, terapiya, endokrinologiya, hepatologiya, LOR, kardiologiya, urologiya, həmçinin onkologiya sahələri üzrə ödənişsiz olaraq müxtəlif tibbi xidmətlərdən yararlanıblar.

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90