image-2000x150
image-2backend

Daşkəsəndə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib

image-728x90

Martın 7-də Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının inzibati və yardımçı vəzifə tutan xanım əməkdaşlarının iştirakı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov başda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva olmaqla, bütün Azərbaycan qadınlarını rayon ictimaiyyəti, eləcə də öz adından təbrik edib, onlara cansağlığı, ailə səadəti, yeni-yeni uğurlar arzulayıb.
Vüqar Məmmədov çıxışında vurğulayıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətimizin qadın siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun uğurla davam etdirilir. Ölkəmizdə mütərəqqi beynəlxalq təcrübələr tətbiq olunur, ailələrin rifahının yüksəldilməsi, qadınların ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatına daha çox cəlb olunması, yüksək vəzifələrə irəli çəkilməsi, gender bərabərliyinin təmini, uşaqların hüquqlarının qorunması və onlar üçün zəruri şəraitin yaradılması yönündə ciddi işlər görülür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva da öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Mehriban xanımın gördüyü işlərin mühüm göstəricisi Heydər Əliyev Fondunun timsalında əks olunmuşdur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva həm də sülh carçısıdır. Beynəlxalq ictimaiyyət onu insanlar arasında ayrı-seçkiliyin aradan qaldırılması, sivilizasiyalararası dialoqun möhkəmlənməsi, maddi və mənəvi dəyərlərin hamisi, zor və təhdidlərə qarşı mübarizliyin obrazı kimi tanıyır. Mehriban xanım Əliyeva vətənpərvər, fədakar xanımdır. O, Qarabağ qazilərinə, şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərməkdə, davamlı olaraq onların sosial qayğılarını həll etməkdədir. Eyni zamanda Mehriban xanım zəngin mədəniyyətimizin, tarixi dəyərlərimizin hamisidir. Onun bu missiyasında daha bir qürurverici tarixi dönəm başlamışdır. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı düşmən işğalından azad etdi. Qarabağdakı tarix və mədəniyyət abidələrimiz də düşmən caynağından xilas olundu. Cənab Prezidentimizlə birgə işğaldan azad olunmuş Qarabağa və Şərqi Zəngəzura səfərlər edən Mehriban xanım Əliyeva bu torpaqlarda yeni həyat quruculuğuna əvəzsiz töhfələr verir, həmçinin bu ərazilərdə bütün maddi-mədəni, tarixi-dini abidələrimizi bərpa etməkdədir.
Vüqar Məmmədov çıxışının sonunda deyib: “Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və onların xalqa, cəmiyyətə layiqli övlad kimi yetişdirilməsi üçün üzərinə düşən ağır yükü bütün qadınlar kimi Daşkəsənli qadınlar da şərəflə daşıyırlar. Bütün şəhid anaları və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbi qulluqçuların ömür-gün yoldaşlarına və Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarına da bayram təbriklərimi çatdırıram”.
Tədbirdə digər çıxış edənlər də təbriklərə qoşularaq ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərin fəal iştirakçısı olan Azərbaycan qadınlarının ölkəmizin inkişafının təmin edilməsinə öz layiqli töhfələrini verdiklərini, mədəniyyətin, incəsənətin, elmin müxtəlif sahələrində, dövlət quruculuğu və istehsalat prosesində böyük nailiyyətlər əldə etdiklərini, habelə Daşkəsən rayonunun bütün sahələrində qadınların uğurla fəaliyyət göstərdiklərini, onlardan fəxri adlara, dövlət təltiflərinə layiq görülənlərin olduğunu qeyd ediblər, qadınlara hər zaman göstərdikləri yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda xanımlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.

image-1 image-2 image-3 image-4 image-5 image-6 image-7 image-8

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90