image-rt-reklam
image-2backend

Daşkəsən RİH-də növbəti dəfə vətəndaşların müraciəti dinlənilib -FOTOLAR

image-728x90

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov növbəti dəfə vətəndaşların fərdi qaydada müraciətlərini dinləyib.
Qəbulda RİHBA-nin şöbə müdirləri, məsul işçilər, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, yanacaq üçün odun verilməsi, maddi kömək göstərilməsi, ünvanlı dövlət sosial yardımının təyin olunmasına və müalicə edilməsi üçün kömək və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbərliyi tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində dərhal həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
Rayon sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən ali diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

image-1 image-2 image-3 image-4 image-5 image-6

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90