image-rt-reklam
image-1backend

Daşkəsən rayonunun Qıyıqlı kəndində növbəti səyyar görüş keçirilib – FOTOLAR

image-728x90
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun mütəmadi olaraq yerlərdə səyyar qəbul görüşlər keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Qıyıqlı kəndində keçirib.
Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, YAP rayon təşkilatının və rayon Ağsaqqallar şurasının sədrləri, İƏD üzrə nümayəndə, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
V.Məmmədov möhtərəm Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızda, eləcə də Daşkəsən rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün həyata keçirilən layihələrdən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb, aparılan çox düzgün, düşünülmüş və uğurlu siyasət nəticəsində Azərbaycanın dinamik inkişaf etdiyini və əldə olunan nailiyyətlərin diqqət mərkəzində olduğunu bildirib.
Qaldırılan məsələlər əsasən kənddaxili və biçənək sahələrinə gedən yolların bərpası, yeni su xəttinin, təbii qaz xəttinin çəkilməsi və digər şəxsi məsələlər barədə olub. Müraciətlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib. Daşkəsən rayonunun Qıyıqlı kəndində növbəti səyyar görüş keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun mütəmadi olaraq yerlərdə səyyar qəbul görüşlər keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
7
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Qıyıqlı kəndində keçirib.
Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, YAP rayon təşkilatının və rayon Ağsaqqallar şurasının sədrləri, İƏD üzrə nümayəndə, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
V.Məmmədov möhtərəm Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızda, eləcə də Daşkəsən rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün həyata keçirilən layihələrdən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb, aparılan çox düzgün, düşünülmüş və uğurlu siyasət nəticəsində Azərbaycanın dinamik inkişaf etdiyini və əldə olunan nailiyyətlərin diqqət mərkəzində olduğunu bildirib.
Qaldırılan məsələlər əsasən kənddaxili və biçənək sahələrinə gedən yolların bərpası, yeni su xəttinin, təbii qaz xəttinin çəkilməsi və digər şəxsi məsələlər barədə olub. Müraciətlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
image-1 image-2 image-3 image-4
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90