image-2000x150
image-3backend

Daşkəsən rayonunun Gurbulaq kəndində sakinlərin müraciətləri dinlənilib  – FOTOLAR

image-728x90
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün kənd və qəsəbələrdə sakinlərin səyyar qəbul görüşləri keçirilir. Keçirilən görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul rayonun Gurbulaq kəndində keçirilib.
Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov çıxış edərək ilk öncə sakinləri xalqımızın milli-məvəni dəyərlərindən olan Novruz bayramı münasibətilə təbrik etmiş, başda möhtərəm Prezidentimiz olmaqla onlara möhkəm cansağlığı, uzun ömür, süfrələrinə bol-ruzi bərəkət xalqımıza daimi əmin-amanlıq arzulamışdır.
Daha sonra bildirib ki, torpaqlarımızı azadlığına qovuşduran, ərazilərimizdə erməni separatizminə son qoyan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gərgin zəhməti və əməyi sayəsində müstəqillik tariximizdə ilk dəfə tarixi torpaqlarımızda bütöv, öz əraziləri üzərində tam suverenliyini bərpa etmiş Müstəqil Azərbaycanımızda – Xocalıda, Xankəndidə, Ağdərədə, Xocavənddə, Əskəranda Novruz tonqalları alovlanacaq.
“Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim!” deyən, möhtərəm Prezidentimiz cənab İlham Əliyev həm də 30 illik bir həsrətə son qoydu, müdrik Azərbaycan xalqının arzularını, istəklərini reallaşdırdı, həyata keçirdi. Məhz, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şanlı Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda 30 ildən sonra Novruz sevinci yaşanır, bayram tonqalları qalanır.
V.Məmmədov çıxışı zamanı sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Sonra müraciət üçün söz kənd sakinlərinə verilib.
Kənd sakinləri ərazidən Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun bəzi hissələrdə ağırtonnajlı avtomobillərin normadan artıq yüklənməsi səbəbindən çalaların yaranmasının qarşısının alınması, Əhəngdaşı mədəninin yaxınlığından kəndə gələn yolun hərəkət hissəsinin dəyişdirilməsi, mövsüm zamanı əraziyə gələn fermerlərin onların biçənək və örüş sahələrinə ziyan vurması, internetin və təbii qaz xəttinin çəkilməsi, kənd mədəniyyət evinin təmiri, tövləsinin və ot tayasının üzərindən keçən elektrik naqillərinin SİP kabellə əvəzlənməsi, sel sularının təsirindən yararsız hala düşmüş əkin sahəsinin bərpa olunmasına kömək, məşğulluq və digər şəxsi məsələlər ilə bağlı müraciət ediblər. Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
image-1 image-2 image-3 image-4 image-5 image-6
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90