Avqustun 29-da Daşkəsən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidləri gizir Cəfərli Orxan Etibar oğlunun və MAHHXHQ əsgər İsmayılov Rüstəm Üzeyir oğlunun doğum günləri qeyd olunub.
Mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, RİH-in məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhidlərin yaxınları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.
Əvvəlcə şəhidlərin məzarları ziyarət olunaraq gül dəstələri düzülüb, dualar oxunub.
İcra başçısı Orxan Abbasov şəhidlərin ailələrinə rayon ictimaiyyəti adından bir daha dərin hüznlə başsağlığı verərək möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə olunan tarixi zəfərdən, şəhid Orxan Cəfərlinin və şəhid Rüstəm İsmayılovun şərəfli ömür və döyüş yolundan danışıb.
Digər çıxış edənlər də şəhidlər haqqında xatirələrini bölüşüblər.
Şəhidlərin valideynləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.