image-rt-reklam
image-4backend

Daşkəsən Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun şəhid və qazi ailələri Qurban bayramı münasibətilə evlərində təbrik edilir -FOTOLAR

image-728x90
Qurban bayramı münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları rayonun idarə, müəssisə və təşkilat rəhbərləri ilə birgə şəhid və qazi ailələrini ziyarət edərək onlara qurbanlıq ət payı verirlər.
Ziyarətlər zamanı müqəddəs Qurban bayramı münasibətilə ailələr təbrik edilib, şəhidlərimizin yaxınlarına səbir, qazilərimizə şəfa dilənib. Bildirilib ki, qəhrəman əsgər və zabitlərin fədakarlığı, şəhidlərin canı-qanı bahasına Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Müharibə dövründə Ordumuza xalqın mənəvi dəstəyi bir daha diqqətə çatdırılıb. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən şəhid ailələrinin, müharibə veteranlarının və əlillərin dövlət qayğısı ilə əhatə olunduğu, onların sosial müdafiəsinin gücləndirilməsinin daim diqqətdə saxlanıldığı ifadə edilib.
Daşkəsənli şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıya görə razılıqlarını bildirmişlər.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90