image-rt-reklam
image-8backend

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov rayonun təhsil işçiləri ilə görüşüb -FOTOLAR

image-728x90
Avqustun 15-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbdə rayonun ümumtəhsil məktəblərinin direktorları və təhsil işçiləri ilə görüş keçirib. Tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev də iştirak edib.
Görüşün məqsədi Daşkəsən rayon təhsilinin mövcud vəziyyətini və qarşıda duran vəzifələri müzakirə etmək, təhsil işçiləri ilə sıx əlaqə yaratmaq, onların təklif, rəy və təşəbbüslərindən həyata keçirilən islahatlar prosesində istifadə etmək, təhsil işçilərini dinləmək, fikir mübadiləsi aparmaq, problemləri nəzərdən keçirmək, təhsilin səviyyəsini daha da yüksəltmək üçün optimal tədbirləri müəyyənləşdirmək olub.
İcra başçısı Orxan Abbasov giriş nitqində Ulu Öndər Heydər Əliyevin bütün fəaliyyəti dövründə elm və təhsilimizin inkişafındakı müstəsna rolundan, möhtərəm Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın təhsilimizə göstərdikləri diqqət və qayğıdan, aparılan ardıcıl uğurlu islahatlardan danışıb. Daşkəsən rayonunda təhsil sistemində tədrislə yanaşı, əsas diqqətin təlim-tərbiyə məsələlərinə, müəllim, valideyn, şagird münasibətlərinə yönəldilməsinin vacibliyini qeyd edib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev isə son illər Daşkəsən rayonunda məktəbəqədər və ümumi təhsil sahəsində görülmüş işlərdən, əldə olunan irəliləyişlərdən, mövcud reallığa əsaslanmaqla qarşıda duran vəzifələrdən və həllini gözləyən bir sıra problemlərdən söz açıb.
Daşkəsən rayonu üzrə Təhsil Sektorunun müdiri Vüsal Cəfərov rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin vəziyyəti barədə məlumat verib.
Görüşdə müzakirə olunan məsələlərlə bağlı aidiyyəti üzrə tövsiyə və tapşırıqlar verən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov rayonun təhsil işçilərinə şərəfli və məsul fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb, bundan sonra da təhsil sahəsində işlərin lazımi səviyyədə qurulacağına, Daşkəsən rayonunun təhsildə daha böyük nailiyyətlər qazanacağına əminliyini vurğulayıb.
Sonda xatirə şəkli çəkilib.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90