image-rt-reklam
image-fb_img_1723089933150backend

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov rayon ərazisində fəaliyyət göstərən sahibkarlarla görüş keçirib – FOTOLAR 

image-728x90

Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon ərazisində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, RİH-nin məsul şəxsləri, aidiyyəti idarə rəhbərləri və sahibkarlar iştirak etmişdir.

Orxan Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən layihə və islahatlardan danışmış, sahibkarların fəaliyyətinə daimi diqqət və qayğı göstərilməsinin vacibliyini qeyd etmiş, qanun çərçivəsində sahibkarlara bundan sonra da hər cür yardım göstəriləcəyini bildirmişdir.
Görüşün məqsədinin onların problemlərini dinləmək və rayonun mövcud potensialından maksimum istifadə etməklə özəl sektorun inkişafı üçün mümkün şəraitin yaradılması olduğunu qeyd etmişdir.
Keçirilən görüşdə sahibkarların rəy və təklifləri dinlənilmiş, onları maraqlandıran suallar cavablandırılmış, qarşıya çıxan bəzi problemlərin həlli üçün aidiyyəti tapşırıqlar verilmiş, ətraflı fikir mübadiləsi aparılmış və bir sıra məsələlər müzakirə olunmuşdur.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90